Ana Səhifə / Xəbərlər

Xəbərlər

25 Apr 2024 İclaslar İclaslar

GGİ-də MÜTƏXƏSSİSLƏR ŞURASININ VƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARININ BİRGƏ İCLASI KEÇİRİLİB

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu (GGİ) Mütəxəssislər şurasının (kollokvium) və Ümumrespublika elmi seminarının keçirilmiş  birgə iclasında “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin kiçik elmi işçisi, doktorant Yaşar Əliyevin Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Talış zonasının və bitişik akvatoriyanın seysmikliyinin deterministik təhlili” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

İnstitutun baş direktoru akademik Akif Əlizadə iclası giriş sözü ilə açaraq sözü doktorant Yaşar Əliyevə verib.

Y.Əliyev ilkin müzakirədə Azərbaycanın Talış zonasının və Xəzər dənizinin bitişik akvatoriyasının seysmik təhlükəsinin qiymətləndirilməsi probleminin həllini özündə əks etdirən təqdimatla çıxış edərək, ərazinin geodinamik, tektonik və seysmikliyi baxımdan aparılan tədqiqatların nəticələri haqqında geniş məlumat verib. Seysmik təhlükənin qiymətləndirilməsi üçün istifadə olunan yanaşmaların təhlili əsasında litoloji-geoloji, tektonik, seysmoloji xüsusiyyərləri, həmçinin qrunt qatlarının fiziki parametrlərinin, mövcud riyazi yanaşmalarına uyğun olaraq tədqiqat ərazisinin seysmik təhlükəsinin qiymətləndirilməsini özündə əks etdirən seysmik təhlükə xəritələri təqdim olunub. Bildirilib ki, iddiaçının bu istiqamətdə apardığı tədqiqat işləri yerli və xarici nəşrlərdə öz əksini tapıb.

Dissertasiya işinin rəyçiləri f.r.e.d. Ədalət Həsənov və g.m.f.d. Səbinə Kazımova iddiaçı Yaşar Əliyevin əldə etdiyi nəticələr və təkliflər nəzərdə tutulan məqsədləri özündə ehtiva etdiyini bildiriblər.

Kollokvium üzvləri çıxışlarında dissertasiya işinin ilkin müzakirəsində  səsləndirilən irad və təklifləri nəzərə almaqla iddiaçıya tövsiyələrini bildiriblər və dissertasiya işinin növbəti mərhələdə də müzakirə olunmasını dəstəkləyiblər.

next
next