Ana Səhifə / Xəbərlər

Xəbərlər

27 Sep 2023 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-də KEÇİRİLMİŞ NÖVBƏTİ LEKTORİYA AZƏRBAYCANIN SU HÖVZƏLƏRİNİN EKOLOGİYASINA HƏSR OLUNUB

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunda reallaşmış növbəti lektoriya “Azərbaycanın su hövzələrinin ekologiyası: gələcəyə baxış” mövzusuna həsr olunub.

 

İnstitutun baş direktoru akademik Akif Əlizadə tədbiri giriş sözü ilə açaraq, növbəti lektoriyanın “Anım Günü”nə təsadüf etdiyini vurğulayıb və Vətən uğrunda həlak olmuş hərbçilərimizin əziz xatirəsinin qəlblərdə daim yaşayacağını bildirib, onlara rəhmət diləyib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Akademik Akif Əlizadə sonra GGİ-də ənənə xarakteri almış lektoriyaların əhəmiyyətini xatırladıb, yeni mövzuda təqdimat üçün sözü c.e.d. Vaqif Məmmədova verib.


Məruzəçi əvvəl Azərbaycanda su mənbələrinin elmi tədqiqat işlərinin tarixindən misallar gətirib, bu yolda inkişaf mərhələlərini xatırladıb. Bildirib ki, yerüstü suların tədqiqi 1860-cı ildə Bakı-Poti dəmiryol xəttinin çəkilişi ilə əlaqəli trass üzərində yerləşən çayların axımı və suvarma təsərrüfatının qiymətləndirilməsi məqsədilə dəvət olunmuş ingilis mühəndislərinin iştirakı ilə Kür və Araz çaylarında ilk suölçmə işləri ilə start götürüb.1881-ci ildə isə Bakı şəhəri ətrafında içməli su mənbələrinin hidrogeoloji üsullardan istifadə olunmaqla axtarışına başlanılıb.


V.Məmmədov Azərbaycanın müasir su mənbələri və su ehtiyatları, buzlaqların su ehtiyatlarına təsiri, ölkəmizdə əsas su mənbəyi olan çaylar barədə müfəssəl danışıb. Məruzəçi bildirib ki, ölkəmizə il ərzinsə transsərhəd axımla 20, 6 kub km su daxil olur, amma cəmi 10,3 kub km axım formalaşır. Azərbaycan ərazisinə il ərzində  düşən 37,3 kub km  atmosfer yağıntıdan 26,7 kub km buxarlanmaya, 6 kub km yerli  səth axımına, 4,3 kub km yeraltı suların formalaşmasına sərf olunur. 

 

Məruzəçi həmçinin qeyd edib ki, Dünya Təbii Ehtiyatlar İnstitutunun hesabatında hazırda içməlu su qıtlığından daha çox əziyyət çəkən 13 ölkə sırasında Azərbaycanın da adı vardır. V.Məmmədov 2025-ci ilə kimi Yer üzərində içməli su çatışmazlığının ilbəil artdığına rəğməm 2030-cu ildə kəskin su qıtlığını istisna etməyib. Alim həmçinin ölkəmizin su ehtiyatları və su təchizatının yaxşılaşdırma yollarını da göstərərək diqqətə çatdırıb ki, üç su mənbəyi nisbətən perspektivli ola bilər: dəniz suyunun duzsuzlaşdırılması, zəif minerallaşdırılmış kollektor sularının duzsuzlaşdırılması və buludlardan süni yolla yağış yağdırılması.


Vaqif Məmmədovun geniş təqdimatından sonra mühazirənin ətraflı, əhatəli olduğu barədə çıxışlar olub və çoxsaylı suallar cavablandırılıb.


Akademik Akif Əlizadə c.e.d. Vaqif Məmmədovun təqdimatının əhatəli və dərin elmi əsaslarla hazırlandığını nəzərə çatdıraraq bu elmi işin ayrıca broşür şəklində çapını təklif edib.

GGİ-də KEÇİRİLMİŞ NÖVBƏTİ LEKTORİYA AZƏRBAYCANIN SU HÖVZƏLƏRİNİN EKOLOGİYASINA HƏSR OLUNUB
GGİ-də KEÇİRİLMİŞ NÖVBƏTİ LEKTORİYA AZƏRBAYCANIN SU HÖVZƏLƏRİNİN EKOLOGİYASINA HƏSR OLUNUB
GGİ-də KEÇİRİLMİŞ NÖVBƏTİ LEKTORİYA AZƏRBAYCANIN SU HÖVZƏLƏRİNİN EKOLOGİYASINA HƏSR OLUNUB
next
next