Ana Səhifə / Xəbərlər

Xəbərlər

28 Nov 2022 İclaslar İclaslar

GGİ-də BU İL TAMAMLANMIŞ ETİ ÜZRƏ HESABATLARIN MÜZAKİRƏSİ DAVAM EDİR

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu (GGİ) Elmi şurasının iclası keçirilib.


İnstitutun baş direktoru akademik Akif Əlizadənin sədrlik etdiyi iclasda gündəlik təsdiq edildikdən sonra 2022-ci ildə tamamlanmış ETİ üzrə hesabatların dinləmələri keçirilib.


“Müdafiə sənayesində istifadə məqsədilə Kiçik Qafqazın şimal-şərq yamacı və Talış zonasının geoloji komplekslərinin müxtəlif strateji xammal (nadir torpaq elementləri, titan-maqnetit qum daşıları) perspektivliyinin elmi qiymətləndirilməsi (2021-2022)” mövzusunda AMEA-nın müxbir üzvü Tələt Kəngərlinin təqdimatı dinlənilib. Məruzəçi bildirib ki, nadir torpaq elementlərinin aşkarlanması məqsədilə Gədəbəy, Daşkəsən,Göygöl, Lerik, Astara  rayonlarında çöl tədqiqatlaraı aparılaraq süxur nümunələri götürülüb və onların üzərində uyğun laborator analizlər yerinə yetirilib. Analoji işlər Talış zonasında da yerinə yetirilib. Titan filizləşməsi üzrə Şəmkir, Daşkəsən qalxımı hüdudlarında, Lənkəran-Astara sahilyanı ərazilərində titan-maqnetitli və titanlı avgit tərkibli qumdaşıları tədqiq edilib. Ağcakənd əyilməsi hüdudlarında mülayim  titanlı-maqnetitli qumdaşıları tədqiq edilib.


Məruzəçi çoxsaylı sualları cavablandırıb. Mövzu ətrafında çıxışlardan sonra Elmi şura T.Kəngərlinin hesabatını qəbul edib.


“Duruca struktur-formasiya zonasında nadir və nadir torpaq elementləri potensialının geokimyəvi qiymətləndirilməsi (2020-2022)”  mövzusu üzrə “Filiz-maqmatik sistemləri və minerageniya” şöbəsinin rəhbəri g.-m.e.n. Rauf Kərimovun təqdimatı çöxsaylı tədqiqat iş nümunələri, yeni fakt və rəqəmlərlə diqqəti cəlb edib. Məruzəçi  vurğulayıb ki, ilk dəfə olaraq Duruca struktur-formasiya zonasının qara şist və flişoid formasiyalarının kompleks tədqiqatları nəticəsində  bir sıra nadir  və nadir torpaq elementlərinin, həmçinin nəcib və radioaktiv metalların paylanma xüsusiyyətləri araşdırılaraq onların axtarışı üçün zonalar müəyyənləşdirilib. Duruca zonasında ilk dəfə molibdenin məxsusi  mineralı – molibdenit aşkar edilib. Aparılan tədqiqatlar nəticəsində nadir, nadir torpaq və radioaktiv elementlərin axtarışı baxımından Böyük Qafqazın cənub yamacının yüksək perspektivliliyinin müəyyən edilməsi ilə bağlı mühüm nəticə təqdim edilib.


R.Kərimov iclas iştirakçılarının suallarına aydınlıq gətirəndən sonra təqdimat qəbul edilib.


Geologiya və Geofizika İnstitutunun redaksiya-nəşriyyat fəaliyyəti haqqında y.e.e.d. Qulam Babayev məruzə edib. Alim “ANAS Transactions” jurnalının yaradılması, iş prinsipi və perspektivləri haqqında müfəssəl danışıb. Bildirilib ki, 2018-ci ildən etibarən SCOPUS beynəlxalq bazasına daxil edilmiş elmi jurnalın bu günə kimi 9 nömrəsi oxuculara təqdim edilib, hazırda növbəti nömrə çap ərəfəsindədir. Fərəhli haldır ki, görülən işlərin nəticəsində 78 məqalə həmin beynəlxalq bazaya daxil edilib.


Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzinin rəhbəri Nazim Sadıqov Geologiya və Geofizika İnstitutunun analitik bazasının vəziyyəti və aparılan işlərin effektivliyi haqqında Elmi şura iclası iştirakçılarına məruzə edib.


N.Sadıqovun məlumatına görə, Mərkəzdə istifaddə olan mövcud cihaz və avadanlıqlar hər il davamlı olaraq xarici mütəxəssislər tərəfindən texniki baxışdan keçirilir və sonrakı istifadə üçün təminat verilir. Müasir texnikanın və Mərkəz işçilərinin məhsudar işləri sayəsində hazırda ölkənin, demək olar ki, bütün strukturlarından analizlərin aparılması üçün nümunələr qəbul edilir. GGİ mütəxəssisləri üçün görülən işlər ödənişsiz, digər institut və təşkilatlar üçün sifarişlər ödənişli əsaslarla yerinə yetirilir.  


İclasın sonunda müxtəlif məsələlərə baxılıb.

GGİ-də BU İL TAMAMLANMIŞ ETİ ÜZRƏ HESABATLARIN MÜZAKİRƏSİ DAVAM EDİR
GGİ-də BU İL TAMAMLANMIŞ ETİ ÜZRƏ HESABATLARIN MÜZAKİRƏSİ DAVAM EDİR
GGİ-də BU İL TAMAMLANMIŞ ETİ ÜZRƏ HESABATLARIN MÜZAKİRƏSİ DAVAM EDİR
GGİ-də BU İL TAMAMLANMIŞ ETİ ÜZRƏ HESABATLARIN MÜZAKİRƏSİ DAVAM EDİR
GGİ-də BU İL TAMAMLANMIŞ ETİ ÜZRƏ HESABATLARIN MÜZAKİRƏSİ DAVAM EDİR
GGİ-də BU İL TAMAMLANMIŞ ETİ ÜZRƏ HESABATLARIN MÜZAKİRƏSİ DAVAM EDİR
next
next