Monoqrafiya və kitablar
Azərbaycan Respublikası böyük göllərinin hidrobiokimyəvi xüsusiyyətləri və gölətrafı ərazilərin mühəndisi geofiziki şəraiti
(V.A. Məmmədov, S.İ. Əliyev, Ə.M. Salamov) Bakı: Mütərcim, 2019, 248 səh.
Kitabda Azərbaycan Respublikası ərazisində yerləşən böyük ölçülü (su səthinin sahəsi ≥1 km2 olan) göllərin hidrobiokimyəvi xüsusiyyətlərinin təbii və antropogen təsirli dövrlərdə dəyişmə istiqamətləri, onların parametləri və əmələ gələn ekoloji problemlər arışdırılır. Ekoloji şəraiti pozulmuş göllərin rekonstruksiyası yolları göstərilir. Gölətrafı ərazilərin geofiziki şəraiti qiymətləndirilir.
Kitab hidrologiya, hidrokimya, hidrobiologiya, ekologiya və geofizika sahəsində çalışan mütəxəssislər üçün faydalı ola bilər.
Kitabda 102 cədvəl, 173 şəkil verilir. Biblioqrafiya 256 ədəbiyyatı ahətə edir.
Geniş oxucu kütləsi üçün yazılmış bu elmi-kütləvi kitabda yerin əmələ gəlməsi, yer üzərində. habelə onun müxtəlif təbəqələrində gedən geoloji proseslər, o cümlədən vulkanlar, zəlzələlər. sürüşmələr. onların yaranma səbələri, törətdikləri fəsadlar barədə çox zəngin və maraqlı tarixi məlumatlar verilir. Dağların, düzənliklərin yaranması Azərbaycan ərazisini müxtəlif dövlərdə dənizlərin fəth etməsi, habelə bir çox təbiət hadisləri, faydalə qazıntılar, onların əmələ gəlmə səbəbləri və istifadə sahələri barədə də kitabda ətraflı söhbət gedir. Bütün bu qeyd olunların üzərindəgeologiyanın tarixi baxımndan müəyyən araşdırmalar aparılır. oxuculara ətraflı və dəyərli məlumatlar verilir. Maraqlı və oxumaqlı dildə yazılan bu əsərdən ali məktəb tələbləri də istifadə edə bilərlər.
ÜZVİ MADDƏNİN, NEFTLƏRİN VƏ QAZLARIN TƏDQİQİNİN MÜASİR ÜSULLARI
(Ə.Ə. Feyzullayev, S.V. Abbasova) Bakı, Nafta-Press, 2013, 224 s.
Kifayət qədər şəkillərlə təchiz edilmiş vəsait üç dildə yazılmışdır: azərbaycan, rus və ingilis.
Dərs vəsaiti neft və qaz sahəsində təhsil alan tələbələrə, doktorantlara, habelə pedaqoq və mütəxəssislərə tövsiyyə olunur.
YERALTI SULARIN KƏŞFİYYATI VƏ İSTİSMAR EHTİYATLARININ QİYMƏTLƏNDİRİLMƏSİ
(A.B.Ələkbərov) Bakı, 2014, "Nafta-pressi" , 180 s.
Kitabda, Azərbaycan dilində ilk dəfə olaraq yeraltı su yataqlarında axtarış və kəşfiyyat işlərinin aparılması, yeraltı suların istismar ehtiyatlarının qiymətləndirilməsi metodikası şərh olunur. Təbiətdə rast gəlinən müxtəlif növ yeraltı su yataqlarında hidrogeoloji tədqiqatların və ehtiyatların qiymətləndirilməsinin fərqli xüsusiyyətləri, hidrogeoloji terminologiya və hüquqi məsələlər, yeraltı suların keyfiyyət standartları və normativləri, istismar ehtiyatlarının təsnifatı, sanitar-mühafizə zonalarının yaradılması və bir çox digər elmi-nəzəri və praktiki məsələlər kitabda öz əksini tapmışdır.
Kitab hidrogeoloqlar, su təchizatı mütəxəssisləri, ekoloqlar, elmi işçilər, tələbələr üçün nəzərdə tutulmuşdur.