Ana Səhifə / Xəbərlər

Xəbərlər

29 Mar 2021 Diqər xəbərlər Diqər xəbərlər

SEYSMOLOJİ MƏRKƏZDƏ ELM GÜNÜ İLƏ BAĞLI KONFRANS KEÇİRİLƏCƏK

 
29 mart 2021-ci il

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi Elm günü ilə bağlı martın 30-da saat 11:00-da onlayn sərgi-konfrans keçirəcək.

Azərbaycanda seysmoloji və instrumental müşahidələrin aparılmasında son 100 ildən bəri istifadə edilən cihaz və avadanlıqların sərgisi tədbirdə nümayiş etdiriləcək. Eləcə də zəlzələlər və onların tədqiqatına dair Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədlinin təqdimatı olacaq.

Tədbirdə mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli media nümayəndələrinin suallarını birbaşa cavablandıracaq (onlayn-brifinq).

Tədbirdə iştirak etmək üçün bu linkdən istifadə etmək olar.

İdentifikator: 923 5275 5483

Kod: 111222