Ana Səhifə / Xəbərlər

Xəbərlər

05 May 2025 Diqər xəbərlər Diqər xəbərlər

BİR SUAL

“Ölkəmizdə su ehtiyatlarından səmərəli istifadə məqsədilə reallaşdırılan  tədbirlərdə Gelogiya və Geofizika İnstitutunun  iştirakı barədə nə deyə bilərsiniz?


Sualını GGİ Hidrologiya və geoekologiya şöbəsinin aparıcı mütəxəssisi Tariel Hüseynov cavablandırır.

 

-Ölkəmzdə iqlm dəyşmələr fonunda son illər su resursları lə bağlı mövzular dqqətdə saxlanılır. Beynəlxalq qurumların hesabatlarında qarşıdakı illərdə iqlm dəyişikliklərinin nəticəsndə Azərbaycanda su qıtlığının təsirlərinin hiss olunacağı vurğulanmaqdadır. Azərbaycanda su ehtiyatları Cənubi Qafqazın digər ölkələrilə müqayisədə məhduddur və bütün regiondakı su ehtiyatının təxminən 15 faizini təşkil edir.Azərbaycanda adambaşına düşən su ehtiyatı da qonşu ölkələrlə müqayisədə ən aşağı səviyyədədir. Azərbaycan Respublikasının bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetr təşkil edir. Bunun 8,4 milyard kubmetri yeraltı sulardan, 4,6 milyard kubmetri yerli çay axınlarından və 13,2 milyard kubmetri transsərhəd yerüstü sulardan formalaşır. Bərpa olunan şirin su ehtiyatının 17,8 milyard kubmetri (67,9 faz) yerüstü şirin su ehtiyatlarından formalaşır. Son dövrdə qlobal iqlim dəyişikliyi, artan əhali sayı, urbanizasiya səviyyəsinn yüksəlməsi su resurslarının effektiv darə edilməsini zəruri edir. Ölkədə su təhlükəsizliyinin qorunması, onun dayanıqlığının artırılması və bu sahədə müasir darəetmə sisteminin qurulması məqsədi- lə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2024-2027-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planı çərçivəsində su ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılması sisteminin təkmlləşdirilməsi nəzərdə tutulub.


“Tədbirlər Planı”na əsasən peyk texnologiyalarının tətbiqi yolu ilə yerüstü su mənbələrinin rəqəmsallaşdırılmasına uyğun olaraq zəruri işlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) işçi qrupuna biz də daxil edilmişik.


Bununla əlaqədar “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da nəzərdə tutulmuş Tədbirlər Planında işlərin icrası ilə bağlı RİNN-də işçi qrupunda müzakirələr aparılıb, qarşıda duran məsələlərlə bağlı tapşırıqlar müəyyənləşdirilib. O cümlədən “Azərkosmos”da olan peyk təsvirləri ilə geoloji, hidroloji və hidrogeoloji məlumatları uzlaşdıraraq, rəqəmsal texnologiyaları, yeni deşifrə üsullarını tətbiq etməklə təhlillər aparılaraq  əldə olunmuş nəticələrin əsas icraçı qurumlara vaxtaşırı təqdim edilməsi qərara alınıb. İşçi qrupunun  qrafikinə uyğun olaraq hazırda bu istiqamətdə fəaliyyət uğurla davam edir. Eyni zamanda adı çəkilən “Tədbirlər planı”nın aidiyyəti bəndlərinin icrasını təmin etmək məqsədilə Elm və Təhsil Nazirliyinin tərkibində yaradılmış işçi qrupunun tərkibində biz də varıq.


Sıx əməkdaşlıq çərçivəsində Nazirliyin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin müdiri professor Mübariz Hacıbəyovun və əməkdaşlarının mövzu ətrafında sorğuları cavablandırılıb. Əlavə olaraq onların xahişinə əsasən Azərbaycanla  müqayisəli şəkildə araşdırılması məqsədilə su ehtiyatlarından  səmərəli istifadə üzrə lider sayılan İsrail dövlətinin təcrübələri barədə hazırladığımız arayışı təqdim etmişik.

 

Bu işçi qrupunun  tərkibində də fəaliyyət qrafik üzrə davam edir. Bunlardan başqa Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin geologiya və geofizika sahəsində tətbiq imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Kosmik Agentliyi ilə Geologiya və Geofizika İnstitutu arasında əməkdaşlıq haqqında imzalanmış anlaşma Memorandomu çərçivəsində iki qurum arasında pilot layihə həyata keçirilir. Bu iş Azərkosmosla razılaşdırılmış 3 layihədən birincisidir. Layihə “Azərbaycan Respublikası ərazisində seysmikliyin və digər geoloji proseslərin lineament tektonikası ilə əlaqələrinin peyk məlumatları əsasında tədqiqi” Emi-tədqiqat işi isə “Azərbaycan Respublikasının şimal-qərb və şimal-şərq  ərazilərində (Böyük Qafqazın Azərbaycan hissəsi) seysmikliyin və digər geoloji proseslərin lineament tektonikası ilə əlaqələrinin peyk məlumatları əsasında tədqiqi” adlanır. Layihənin icra müddəti 1 ildir. Növbəti illərdə Respublikanın digər ərazilərinin bu mövzu üzrə tədqiq olunması planlaşdırılır.

 

Bununla bağlı birgə işçi qrupu yaradılıb. İnstitut tərəfindən bu qrupa AMEA-nın müxbir üzvü Tələt Kəngərli, baş mütəxəssis Tariel  Hüseynov, elmi işçi Fuad Əliyev daxil edilib. Layihənin birinci mərhələsinin 2025-ci ilin sonuna kimi tamamlanması planlaşdırılır.

BİR SUAL
BİR SUAL
next
next