
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
24 May 2021
Diqər xəbərlər
UFAZ TƏLƏBƏLƏRİ GEOFİZİKA SAHƏSİ ÜZRƏ TƏCRÜBƏ KEÇİRLƏR
24 may 2021-ci il
AMEA Geologiya və Geofizika İnstitutunun “Seysmologiya və geomaqnetizm”, “Geoloji muihitin radiometriya”, “Geotermiya” şöbələrində Azərbaycan-Fransız Universiteti (UFAZ) tələbələrinin seysmologiya, geomaqnetizm, radiometriya və Yerin istilik sahəsi üzrə təcrübələri davam edir.
İnstitutun “Seysmologiya və geomaqnetizm” şöbəsinin rəhbəri y.e.e.d., dosent Qulam Babayevin rəhbərliyi altında UFAZ tələbələri Rüstəmova Sona və Fidan Cəfərova, həmin şöbənin aparıcı elmi işçisi y.e.f,d., dosent Təhminə Qarayevanın rəhbərliyi altında UFAZ tələbələri Nuray Dəmirçiyeva və Nurlan Talıbov, “Geoloji mühitin radiometriya” şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Çingiz Əliyevin rəhbərliyi altında UFAZ tələbəsi Murad Gəhrəmanov və “Geotermiya” şöbəsinin rəhbəri elmlər doktoru Vahab Muxtarovun rəhbərliyi altında UFAZ tələbəsi Malik Abdullayev buraxılış işlərinin yerinə yetirilməsinə cəlb olunublar. S.Rüstəmova ”Zəlzələlərin ehtimal təsirinin qiymətləndirilməsi və güclü hərəkətlərin xüsusiyyətlərini nəzərə alınması”, F. Cəfərova “Azərbaycan ərazisi üzrə seysmikliyin fəza-zaman variasiyalarının öyrənilməsi“, N. Dəmirçiyeva “Cəngi kəsilişdə paleogen yaşlı süxurlarında termomaqnit analizin və zaman təmizlənməsinın aparılması”, N. Talıbov “Cəngi kəsilişdə paleogen yaşlı süxurlarında maqnit qavrayıcılığının təyini və termomaqnit təmizlənmə işlərinin aparılması”, M. Abdullayev “Süxurların istilik xassələrinin öyrənilməsi “, M. Gəhrəmanov isə “Ətraf mühitin texnogen çirklənməsinin mənbələri və onların geofiziki sahələrdə əks olunması“ mövzularında buraxılış işlərini yerinə yetirirlər.
Tələbələr təcrübə müddəti ərzində pandemiya şəraitinə uyğun olaraq şöbələrdə cihaz və avadanlıqlarla, onların iş prinsipləri ilə tanış olmuş, Azərbaycan ərazisinin seysmikliyi, güclü zəlzələlərin makroseysmik tədqiqatları, instrumental tədqiqatlar, Yer qabığının gərginlik vəziyyəti haqqında, seysmikliyinin zaman klasterləşməsi, zəlzələlərin təhlili, seysmik təzahür, stasionarlıq və seysmik rejimin xüsusiyyətləri barədə biliklərə yiyələnmiş, süxur nümunələrinin paleomaqnit xüsusiyyətini öyrənmiş, maqnitostratiqrafik şkala, Respublika ərazisində aparılmış radiometrik və termometriya tədqiqatlar, üsul və yanaşmalar haqqında nəzəri-təcrübi biliklər əldə etmişlər. Tələbələr həm də şöbələrdə yerinə yetirilən elmi-tədqiqat işlərinin mövzusuna uyğun olaraq metodiki yanaşmalara, hesablama pinsiplərinə yiyələnməklə elmi işlərin aparılmasında yaxından iştirak ediblər.