Ana Səhifə / Xəbərlər

Xəbərlər

26 May 2021 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGIİYA VƏ GEOFIİZİKA İNSTİTUTUNDA ELMİ İŞİN MÜDAFİƏSİ REALLAŞIB

 
26 may 2021-ci il

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.01 Dissertasiya şurasının onlayn iclası keçirilib.

Tədbir iştirakçıları bu il vəfat etmiş həmkarları - akademiklər Arif İsmayılzadənin və Hətəm Quliyevin xatirəsini bir dəqiqəlik sükutrla yad ediblər.

Onlayn iclasda Geologiya və Geofizika İnstitutunun keçmiş doktorantı Leyla Şıxovanın 2521.01 – Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı ixtisası Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Fasial analiz və kollektorların modelləri əsasında Abşeron arxipelaqının qərb hissəsinin üst miosen – alt pliosen çöküntülərinin neftqazlılığının proqnozlaşdırılması" mövzusunda yazdığı dissertasiya işinin müdafiəsi prosesi reallaşdırılıb.

Dissertasiya şurasının sədri AMEA-nın akademiki Əkbər Feyzullayev ED 1.01 Dissertasiya şurasının üzvlərini Azərbaycan Respublikası Prezidenti yanında Ali Attetasiya Komissiyası Rəyasət Heyətinin müvafiq qərarı ilə karantin rejimi dövründə dissertasiya şuralarında müdafiələrin təşkili və keçirilməsinə dair tələbləri ilə tanış edib. Bildirib ki, bu tədbir Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq aparılan ilk dissertasiya müdafiəsidir. Dissertasiya işi AMEA Geologiya və Geofizika İnstitutunda yerinə yetirilib.

Dissertasiya işinin elmi rəhbəri, rəsmi opponentləri haqqında iformasiya səsləndirildikdən sonra Leyla Şıxova dissertasiyasının əsas məzmunu, müdafiə olunan müddəaları və tədqiqat işinin nəticələrindən irəli gələn elmi yeniliklər haqqında məlumat verib, sualları cavablandıırıb, geniş müzakirələr keçirilib.

Elektron səsvermə keçiriləndən sonra yekun rəyin layihəsi müzakirə olunub və qərara alınıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında Leyla Firudin qızı Şıxovanın 2521.01 – Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı ixtisası Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi üçün vəsatət qaldırılsın.