Ana Səhifə / Xəbərlər

Xəbərlər

04 May 2011 Diqər xəbərlər Diqər xəbərlər

Neftin və onun sənaye tullantılarının (toplantısının) yaranışı, həyatı və məhvi

 

© İ.S.Quliyev, A.A.Feyzullayev, M.A.Əfəndiyeva. 
“Vse o nefti” kitabından
 
 
Faydalı üzvü maddələrin yenidən işlənərək dəyişilməsi nəticəsində neft (yayılmış, yaxud mikroneft) əmələ gəlir. O iri həcmli daş süxurlarında səpələnib yerləşmişdir. O hər hansı gücün təsirilə nisbətən kiçik məkanlarda qatılaşaraq yatağı dağıdır, yaranır və yaşayır. Belə izah olunur, regional yayılmış neftin çox böyük həcmdə yığcam tələlərdə miqrasiya olunaraq qatılaşması üçün gipoter  sırası mövcuddur. Onlardan biri üstdəki lay yükünün təsiri altında kiçik həcmli süxurla əlaqəlidir. Buna bənzər effekt qubkadan sıxılmış sudur. Sıxlaşma zamanı gildən böyük həcmdə su ayrılır, hansı ki gildə yaranan mikroneft süxurlar adlanan – kollektorlar, yüksək xassəli süzülmə əmsallı süxurları yuyur. Hesablamalar göstərir ki, tələdəki neftin toplanma miqyasını bacarıqla izah edən belə əməliyyatlar daha inandırıcı və düzgündür.
 
 
Sıxılmış qazın təsiri ilə əlaqəli başqa mexanizm. Sıxılmış qazlar yüksək həll olunma gücünə malikdir və böyük həcmli nefti uzun məsafəyə yerləşdirməyə qadirdir.
 
 
Flüidlərin yerdəyişməsi yolu ilə həll olunan neft adətən dağılmış sahələrdə baş verir. Təzyiqin enməsi və kəsiklərin oriyentasiyası yerdəyişmənin (miqrasiyanın) istiqamətini təyin edir. Lakin flüidlər bir laydan o biri laya yer dəyişərək və bir layın xəttində də neft sərbəst fazada yerdəyişə bilər, bu dəyişiklik inandırıcı deyil. Neft yuyula bilən yerdə kifayət qədər boşluq olmalıdır ki, neft qarışmasın. Yuxarıda qeyd olunduğu kimi süxurlar - harda ki,  neft qarışıb, toplanıb və ayrılır bunlar kollektor adlanır. Əgər daha dəqiq formalaşdırsaq – bu dağ süxurlarının hər hansı keçiriciliyi, yer qabığının üst hissəsində qravitasiya gücünün təsiri və yaxud təzyiq qradiyenti təsiri altında təbii flüidlərin hərəkətinin mümkünlüyü mövcuddur.
 
 
Yer qabığında mütəmadi olaraq dinamik hərəkətlər baş verdiyi səbəbdən  bu proseslərin təsiri altında, neft toplanmadan belə daim qatılacaq, çünki buna təkcə kollektor kifayət deyil.
 
 
Yataqların yaranmasında başqa zəruri şərait qeyrikeçirici süxurlarda kollektor laylarının kəsilişi və yaxud başqa sözlə desək təkərlər zəruridir. Bu özünəməxsus ekran formalaşması flüidlərin (layarası) toplanması hərəkətinə mane olur. Adətən bunlar gil, daş tozu, gips, tez bərkiyən əhəng və mergellərdir. Lakin bu şərait qane edici deyil. Tərkibi keçirici süxurlar və təkərlərdən olan (qumdaşları, əhənglər, gillər, duzlar) lay sistemi əyriliyi olmazsa, heç vaxt böyük həcmdə nefti özündə saxlamaz.
 
 
Onun yığılması üçün (yaxud akkumulyasiyası) layın xüsusi forması – tələnin mövcudluğu zəruridir ki, ora tökülən neft tərpənməz qalsın; yalnız burda milyon illər ərzində tədricən neft qazın yığılması baş verir. Tələlər öz formasına görə müxtəlif ola bilər. Əgər lay tələ həddində neft və yaxud qazla dolmuşsa, artıq bu tək-tək yığılmadır.
 
 
Tələnin həddində bir neçə yataqdan neft qaz yatağı əmələ gəlir. Həqiqətən, hər belə tək-tək yığılan ailəvi yataqlar xüsusi neftqaztoplanma sahəsi əmələ gətirir. Belə sahələrdən bir neçəsi böyük strukturlu element - yer qabığına neftliqazlı sahələrdə, axırıncı bir neçəsi isə neftliqazlı əyalətlərdə birləşir. Yayılmış neftin miqrasiyası və tələdə toplanmasından az vaxt keçməyib. Dağəmələgətirən proseslər amansızcasına hövzə çöküntülərinin şəklini dəyişir, tələlərin dağılması, layqırılması, əzilmələr baş verir. Heç vaxt yataqlar sistemi olmayan yerdə, əzilmiş, qırılmış lay və süxurlar əmələ gəlir. Bu, yataqların mexaniki dağılmasıdır. Beləliklə neft yataqları bütövlükdə və yaxud hissələrlə öz mövcudluğunu itirir. Belə isə bəs ondan asılı olan neft nə vəziyyətdədir;  Sistemli bərabərsizlikdə olduğu kimi neftin tərkibi istər xarici istərsə də daxili faktorların təsiri ilə mütəmadi olaraq dəyişir.
 
 
Neftin daxili dəyişməsinin hərəkət gücü karbohidrogenlərin entropiyası sistemidir, hansı ki, termodinamikanın ikinci qanunauyğunluğuilə istənilən karbohidrogen qarışığı öz tərkibi ilə qarşılıqlı birləşməyə yönələrək, minimum sərbəst enerjini təmin edir. Aromatik karbohidrogenlər, qətranlar, yağlar neftdə maksimum sərbəst enerjiyə sahibdir, sərbəst enerjinin kiçik həcmli metan karbohidrogenləridir.
 
 
İstiqamətləndirilmiş dəyişiklik zamanında istənilən neft uyğun olaraq həcmcə böyük  karbohidrogenlərlə sərbəst enerji minimal həcmli karbohidrogenlərə keçəcək. Temperaturun artması ilə bu proses daha da güclənir.
 
 
Belə proseslərə yalnız neftayırma zavodlarının laboratoriya şəraitində nəzarət etmək olar. Temperaturun yüksəlməsi zamanı mürəkkəb birləşmələrin dağılması ilə sadə birləşmələrin əmələ gəlməsi baş verir. Yerin dərinliyində əmələ gəlmiş neft layı tədricən daha aşağı, aşağı temperatur sahələrində yüklənir. 2000 –dən artıq normal hidrostatik təzyiq olduqda neft çox qala bilməyərək maye karbohidrogendən qaza çevrilir. Təcrübi nöqteyi nəzərdən çox vacib olan dərinlik həddində neftin saxlanılması  müəyyən olunan böyük dərinlikdə nefti müəyyən edir. Bu haqqında danışdıqlarımız – dünyanın bütün hövzələri üçün ümumi şərtdir. Düzdür bunların arasında çox nadir olanları , dərinliyi 10 km və daha çox   neft saxlayanları da var (Meksika körfəzindəki Tibor yataqları) bu haqda sonra danışacağıq.
 
 
Belə ki neft yataqlarının dağılmasına səbəb olan neftin çox dərinliyə yüklənməsi faktorlardan biri, onun yuxarıya qalxmasıdır. Başqa tam ziddiyyətli faktorlardan biri isə yeraltı sular və mikroorqanizmlərin də orda kəskin dağıdıcı təsiri az deyil. Bu iki proses infiltrasiyalı suyun laya keçməsi baş verdiyi zaman daha intensiv keçir. Bakteriyaların bütünlüklə karbohidrogenləri, yaxud əvvəlcə metan və onun müxtəlif cür növləri, sonra aromatlı və naftenli hissələrlə, məhv etməsinin mahiyyəti mikroorqanizmlərin nefti parçalamasından ibarətdir.
 
 
Nəticədə neft yüngül komponentlərini itirərək onda qətranın tərkibi artır, asfaltenlər, getero birləşmələr artaraq onu daha da ağırlaşdırır. Mikroorqanizmlərlə qarşılıqlı təsirdə olduğu kimi, neftin su ilə yuyulması və oksidləşməsi də həmin istiqamətdə onu dəyişdirir. Su ilə yuyulma daha tez həll olan karbohidrogenlərin neftdən ayrılmasına gətirib çıxarır. Bütünlükdə yüngül karbohidrogenlər ağırlardan daha yaxşı həll olur. Bu üsulla iki əks istiqamətli tektonik hərəkətlər dərinliyə yüklənmə, sonra isə üzü yuxarı səthə doğru, əvvəl neft yataqlarını əmələ gətirir, sonra isə məhv edir. Neft çox şıltaq maddədir, onun keyfiyyətini saxlamaq üçün (kommersiya məqsədi ilə) zəruri olan xüsusi şərait: mülayim təzyiq və temperatur, kislorod və su səthindən təcrid olunmalıdır. Əks təqdirdə neft asfaltenli –smalalı və yaxud buna bənzər maddəyə, qaza çevrilir. Neft parçalanmasının torpaqda izləri daha çoxdur. Olduqca dəyişilmiş ağır neft və bitumların ən böyük ehtiyatları Kanada, Venesuela və Rusiyada bir yerə toplanmışdır. Onların işlənilməsi xüsusi texnologiyalardan istifadə etməklə böyük kapital qoyuluşu tələb edir.