İctimaiyyətlə əlaqələr şöbəsi


Geologiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsi 2004-cü ildə təsis edilmişdir. Şöbənin fəaliyyəti institutun neft-qaz, geoloji elm və texnalogiya, geodinamika, seysmologiya, hidrogeologiya, geoekologiya, paleontologiya və s. sahələrdə beynəlxalq konfrans, layihə və müştərək işlərlə bağlı fəaliyyətini işıqlandırmaqdan ibarətdir. Bu istiqamətdə press-relizlər hazırlayan şöbə onları yerli KİV-lərə yayaraq, ictimaiyyəti ölkənin geologiya elmi sahəsindəki yeniliklərdən xəbərdar edir. Mətbuatla yayım xidməti şöbənin iki əsas vəzifəsinin bir hissəsidir. Həmin vəzifələr aşağıdakılardır:

  • ictimaiyyəti ölkənin geologiya elmi sahəsindəki yeniliklərdən xəbərdar etmək, elmə olan marağını və elmi qavrayışını artırmaq;
  • Azərbaycanın geologiya elmini xarici KİV-lər vasitəsi ilə dünya miqyasında təbliğ etmək, bu yolla ölkə alimlərinin dünya elmi cəmiyyəti ilə əlaqələrini inkişaf etdirmək.

İctimaiyyətlə əlaqələr şöbəsi bu vəzifələrin ikinci hissəsi ilə əlaqədar səylərini geologiyanın hüdudlarından kənarda da formalaşdırır. Belə ki, Azərbaycan elminin tarixində ilk dəfə olaraq, şöbə ölkədə elm siyasəti və elmin digər sahələrindəki nailiyyətlərlə bağlı məqalələr hazırlayaraq xarici ölkələrin KİV-lərində dərc etdirir. Bu istiqamətdə bir neçə xarici KİV-lə əməkdaşlıq əlaqələri qurulmuşdur. Onların sırasında Azerbaijan International (ABŞ), Natural History (ABŞ), New Scientist (İngiltərə), Poisk (Rusiya) və s.-lərinin adlarını qeyd etmək olar.

 

Şöbənin rəhbəri:
Səid Hüseynov,
elmi tədqiqatçı-jurnalist

Əlaqə:
Tel/faks: (+994 12) 497 44 81
[email protected]
[email protected]