Monoqrafiyalar


GEOTERMİYA-CƏNUBİ XƏZƏR HÖVZƏSİNİN İSTİLİK SAHƏSİ

(Sabir Ağakişi oğlu Əliyev, Zümrüd Əli qızı Əliyeva)

Bakı: “Elm” nəşriyyatı – 2011, 226 səhifə




Geotermiya geofizika elminin bir bölməsi olub Yer kürəsi daxilində və yer qabığında baş verən istilik evolyusiyası proseslərini öyrənir.


Azərbaycan dilində ilk dəfə nəşr olunan “Geotermiya-Cənubi Xəzər Hövzəsinin istilik sahəsi” adlanan bu kitabda geotermiya elmi haqqında geniş məlumat – geotermik tədqiqatların tarixi, yerin istilik mənbələri, geotermiyanın nəzəri problemləri, geotermik tədqiqatların aparılma metodikası və istifadə olunan cihazlar, çökmə hövzələrinin evolyusiyası və termik şəraiti və xüsusi bölmə kimi, Cənubi Xəzər Hövzəsinin neftli-qazlı yataqlarında aparılmış geotermik tədqiqatlar və CHX-nin istilik sahəsi strukturunun təhlili verilmişdir. Bundan başqa Azərbaycanın termal suları və sudaşıyıcı horizontlarının səciyyəsi də göstərilmişdir.


Kitabın geniş profilli geologiya və geofizika mütəxəssisləri üçün, həmçinin, uyğun ixtisas tədris müəssisələrinin tələbə, bakalavr, magistr və doktorantları üçün faydalı olacağı şübhəsizdir.