Gənc Alim və Mütəxəssislər


Şura sədri – g.-m.f.d. Abbasov Orxan Rəfael oğlu

2005-ci ildə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və AR Gənclər və İdman Nazirliyinin tabeliyində olan AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzi yaradılır. Daha sonra AMEA-nın müvafiq müəssisə və təşkilatlarında Mərkəzə bağlı olan bölmələr və onların strukturları kimi Gənc Alimlər Şurası təsis olunur. Elə həmin ildən, AMEA Yer Elmləri bölməsinin strukturu kimi, Geologiya və Geofizika İnstitutunda da Gənc Alimlər Şurası fəaliyyətə başlayır.

AMEA-nın müəssisə və təşkilatlarında gənclərin elmi potensialı və təşəbbüslərinin daha da genişləndirilməsi, onların fəaliyyətinin stimullaşdırılması məqsədi ilə 2013-cü ildə AMEA rəhbərinin mavafiq Sərəncamı ilə AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin fəaliyyətinə xitam verilmiş və əvəzində AMEA Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) yaradılmışdır. Həmin ilin 25 oktyabr tarixində AMEA GAMŞ-nin strukturu kimi Geologiya və Geofizika İnstitutunda da Gənc Alim və Mütəxəssislər Şurası təsis edil-mişdir.

Şura elmi-ictimai və mədəni-kütləvi əsasda AR Prezidentinin, Nazirlər Kabinetinin, AMEA Rəyasət Heyətinin fərman, qərar və sərəncamlarını rəhbər tutaraq fəaliyyət göstərir.
Şuranın əsas məqsəd və vəzifələrinə:
  • institutda təhsil alan və işləyən gənc alim və müətəxəssislərin elmi və ictimai fəaliyyətinin artırılmasını təmin etmək və stimullaşdırmaq;
  • beynəlxalq elmi tədbirlərdə gənclərin iştirakına dəstək vermək;
  • institutda aparılan elmi-tədqiqat işlərinin nəticələri haqqında məlumatları, respublikanın paytaxtı da daxil olmaqla, ayrı-ayrı bölgələrdə mövcud olan orta və ali təhsil ocaqlarının şagird, bakalavr və magistrlərinə çatdırmaq, xüsusi perspektiv vəd edən istedadları müəyyənləşdirmək və onların instituta cəlb olunması istiqamətində müxtəlif təşviqedici layihələr keçirmək;
  • institutdaxili, ümumakademiya, ümumrespublika və beynəlxalq miqyaslı elmi, ictimai və mədəni tədbirləri təşkil etmək;
  • maarifləndirici və xeyriyyəçilik təşəbbüslərini göstərmək və s. daxildir.

İnstitutun GAMŞ-nin sədri həm də AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvü və sədrinin baş məsləhətçisidir.