Xəbərlər


GGİ VƏ FİZİOLOGİYA İNSTİTUTU ALİMLƏRİNİN BİRGƏ UĞURU

 
8 noyabr 2019-cu il

“Azərbaycanda daha yüksək təbii radiasiya fonları olan ərazilərdə həyat keyfiyyətinin və əhalinin uzun ömürlüyünün tədqiqi” mövzusunda Ukrayna Elm və Texnologiya Mərkəzinin (UETM) qrant layihəsi uğurla icra edilmişdir. Layhəni AMEA Geologiya və Geofizika İnstitutu (GGİ) və AMEA Fiziologiya İnstitutu (Fİ) alimləri birgə reallaşdırıblar. Layihənin icrasının yekun hesabatı UETM tərəfindən qəbul edilmişdir.

Bildirək ki, qrant layihəsi üzərində 12 ay ərzində GGİ-nin altı, Fİ-nin üç alimi çalışmışdır. Layihənin icrasına AMEA-nın müxbir üzvü, GGİ-ni şöbə rəhbəri Çingiz Əliyev rəhbərlik etmişdir.

Layihədən məqsəd Talış bölgəsində ətraf mühitin yüksək radiasiya fonu olan ərazilərdə yaşayan insanların həyat keyfiyyətinin və əhalinin uzun ömürlüyünün tədqiqidir. Layihənin tələblərinə uyğun olaraq Talış bölgəsində müvafiq işlər həyata keçirilmişdir. Həmçinin əhalinin ağciyər xərçəngi xəstəliyi və radonun paylanması arasındakı əlaqənin təhlili, radiometrik, biomedikal və tibbi-sosioloji tədqiqatlar aparılmış, hər bir xüsusi hal üçün metod və üsullar hazırlanmışdır.

Əldə edilmiş nəticələr böyük fundamental və sosial təsirə malikdir və insan bədəninin real həyat şəraitinə uyğunlaşmaq qabiliyyətinə, insan həyatının ekoloji şəraitə nəzarəti düzgün təşkil etməyə və radiasiyanın törətdiyi xəstəliklərin qarşısını almağa kömək edəcəkdir.






GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]