Xəbərlər


GGİ ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB



1 noyabr 2019-cu il

GGİ Elmi şurasını İnstitutun direktoru akademik Akif Əlizada açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Sonra gündəliyə uyğun olaraq “Kiçik Qafqazın və Talışın subduksiya və riftogen pikritləri mineral paragenezislərinin kristallaşma mərhələləri” mövzusunda elmi məruzə üçün sözü g.-m.e.d., professor Musa Məmmədova verib.

M.Məmmədovun təqdimatı maraqla dinlənilib. Mövzuya aid çoxsaylı suallar cavablandırılandan sonra məruzə ətrafında çıxışlar olub.

Elmi şurası GGİ “Mineralogiya və geokimya” sektorunun rəhbəri g.-m.e.d., professor Musa Məmmədovun məruzəsini müzakirədən sonra qərarq qəbul edib ki, müəllif tərəfindən Kiçik Qafqazın Lök-Qarabağ struktur-formasiya zonasının Murovdağ antiklinorisinin bat-bayos vulkanitlərinin daxilində normal qələvili pikritlərin yayılma arealları araşdırılıb, həmin zonanın Qazax və Xocavənd sinklinorilərinin daxilində subqələvi, qələvi və normal qələvili pikritlərin santon yaşlı vulkanogen-çökmə və normal çökmə süxur kompleksləri çərçivəsində yerləşməsi təhlil olunub. Talış zonasında üst eosen və erkən oliqosen yaşlı subqələvi pikritlərin Astara, Lerik və Burovar strukturlarında yerləşmələri muəyyən olunub.

Alınmış nəticələrin geoloji, petroloji və metallogenik əhəmiyyətini nəzərə alaraq pikritlərin Kiçik Qafqaz və Talış zonalarında yayılma areallarının dəqiqləşdirilməsi ilə yanaşı, kompleks geoloji və fiziki-kimyəvi tədqiqatların davam etdirilməsi məqsədəuyğun hesab edilsin.

Geologiya və Geofizika İnstitutunun beynəlxalq elmi sosial şəbəkələrdə iştirakı və əməkdaşların elmimetrik bazalarda (Web of Science, Scopus, Researsh Gate və b.) qeydiyyatı haqqında AMEA-nın müxbir üzvü Dadaş Hüseynov ətraflı məlumat verib.

Milli məlumat mərkəzində (CTBTO) yerinə yetirilən işlərin gedişatı haqqında f.d. Rafiq Səfərov, GGİ Yüksək Texnologiyalar Parkı ilə birgə innovativ işlənilmələr sahəsində apardığı tədqiqatlar haqqında g.-m.e.d. Çingiz Qaşqay və t.e.d., professor Mirəli Alosmanov, Gənc alimlər və mütəxəssislər şurasının fəaliyyəti haqqında g.-m.f.d., dosent Orxan Abbasov, “Geologiya və Geofizika İnstitutu kütləvi informasiya vasitələrində” mövsuzu barədə İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şirməmməd Nəzərli məlumat verib.

Elmi şurada həmçinin bir sıra müxtəlif məsələlərə də baxılıb.



















GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]