Xəbərlər


GGİ ELMİ ŞURASINDA RƏHBƏR VƏZİFƏLƏRƏ NAMİZƏDLƏR TƏSDİQLƏNİB

 
05 oktyabr 2018-ci il

AMEA Geologiya və Geofizika İnstitutu Elmi şurasının növbəti iclası keçirilib. İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov iclası açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.

Tədbirin əvvəlində Hövzə modelləşdirilməsi və geotexnologiyalar şöbəsinin böyük elmi işçisi Tofiq Rəşidova Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomu təqdim edilib.

İnstitutun Elmi işlər üzrə direktor müavininin səlahiyyət müddətinin bitdiyini nəzərə alan Elmi şura üzvləri AMEA-nın müxbir üzvü Dadaş Hüseynova həmin vəzifənin yenidən həvalə edilməsini qərara alıb.

Tədbirdə magistratura üzrə kadr hazırlığı, 2018-2019-cu tədris ili üzrə magistraturaya qəbul, magistrantların attestasiya komissiyasının nəticələrinin təsdiqi, elmi əsərlərin müzakirəsi, Geologiya və Geofizika İnstitutunun Rusiya EA-nın Yerin Fizikası İnstitutu ilə apardığı elmi-tədqiqat işlərinin gedişatı, GGİ əməkdaşlarının qrant layihələrində iştirakı, çöl-ekspedisiya işlərinin ilkin nəticələri, əməkdaşların beynəlxalq xarici tədbirlərdə iştirakı və digər məsələlər müzakirə olunub.

Elmi şurada geologiya-minerologiya elmləri namizədi Aliyə Babazadə gizli səsvermə yolu ilə GGİ-nin Paleontologiya və stratiqrafiya şöbəsinə rəhbər seçilib.












GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]