Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

 
29 iyun, 2018-ci il

Elmi şura üzvlərinin, şöbə rəhbərlərinin, baş, aparıcı və böyük elmi işçilərin, həmçinin dəvət olunanların iştirak etdiyi Elmi şuranın iclasını giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutunun (GGİ) elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov iştirakçıları gündəlikdə duran elmi-təşkilati məsələlərlə tanış edib.

“Azərbaycanın müasir su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəriciləri və onlardan istifadənin optimallaşdırılması modelləri” ETİ proqramının müzakirəsi və qəbul edilməsi müzakirə olunub.

Azərbaycan Respublikası iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin icrası ilə bağlı AMEA-nın tədbirlər planı çərçivəsində ölkədə yeni su mənbələrinin axtarışı və ehtiyatların qiymətləndirilməsi ətrafında müzakirələrdə AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və “Azərsu” ASC-nin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu direktorunun müavini,coğragiya elmləri doktoru, professor Fərda İmanov mülahizələrini bölüşüblər. Həmçinin kompleks elmi –tədqiqat proqramının reallaşdırılması barədə müzakirələr aparılıb.

İclasda magistr dissertasiya işlərinin müdafiəsi müzakirə edildikdən sonra Geologiya və Geofizika İnstitutunun doktorant və dissertantlarının attestasiyası (L.N.Biryukova), Geologiya və Geofizika İnstitutunun əməkdaşlarının ştatda vakant olan vəzifələri tutmaq üçün müsabiqədə iştirakı, Geologiya-mineralogiya elmləri namizədləri V.N.Lunina, G.H.İsmayılova, A.N.Məmmədovanın və texnika elmləri namizədi D.R.Mirzəyevanın ixtisas üzrə dosent elmi ada təqdim olunmaları və digər məsələlərə baxılıb.













AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi.

Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]