Xəbərlər


GGİ ALİMLƏRİNİN PALÇIQ VULKANİZMİ HAQQINDA YENİ KİTABI ÇAPDAN ÇIXIB

 
27 iyun, 2018-ci il

AMEA Geologiya və Geofizika İnstitutu Palçıq vulaknizmi şöbəsinin rəhbəri, g.-m.e.d., Əməkdar elm xadimi, professor Adil Əliyevin və geologiya-mineralogiya elmləri doktoru Rahid Rəhmanovun hazırladıqları ”Palçıq vulkanizmi“ kitabı çapdan çıxıb. 12 fəsildən, 328 səhifədən ibarət nəşrdə yer təkinin faydalı qazıntıları ilə sıx əlaqəsi olan palçıq vulkanlarının arealı, səciyyəvi cəhətləri və təsnifatı verilir, onların morfoloji və daxili quruluşu, püskürmələr təsvir edilir və kəmiyyətcə səciyyələndirilir. Həmçinin palçıq vulkanlarının təzahür şəraiti, yerləşmə qanunauyğunluqları, əmələgəlmə və püskürmə səbəbləri açıqlanır.

Kitabın elmi redaktoru Yer elmləri üzrə elmlər doktoru, professor Nəriman Babayev, rəyçiləri AMEA-nın müxbir üzvü, Yer elmləri üzrə elmlər doktoru Tələt Kəngərli və Yer elmləri üzrə fəlsəfə doktoru Adilə Kabulovadır. Yeni elmi nəşr ali məktəblərin, geologiya, geofizika və coğrafiya fakültələrinin tələbələri, neft sənayesində çalışan mühəndis-geoloqlar, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.





AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi.

Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]