
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ ƏMƏKDAŞLARININ ÖVLADLARI ÜÇÜN MƏKTƏB LƏVAZİMATLARI HƏDİYYƏ OLUNUB
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun (GGİ) rəhbərliyinin, Həmkarlar İttifaqı Komitəsinin (HİK) və Elmi Təşkilatların Birləşmiş Həmkarlar Komitələri rəhbərliyinin birgə təşəbbüsü ilə 2025-ci il “15 sentyabr - Bilik Günü” ilə əlaqədar, elmə xidmət edən İnstitut əməkdaşlarının sosial təminatının yaxşılaşdırılmasına töhfə vermək və övladlarında elmə ibtidai həvəs yaratmaq məqsədilə, İnstitut kollektivinin övladları üçün məktəb ləvazimatlarından ibarət hədiyyələrin alınması təşkil olunmuşdur.
İnstitut əməkdaşlarının 58 nəfər I-VI sinif məktəbli övladları üçün (onlardan: 8 nəfər I sinif şagirdi üçün yeni məktəbli çantaları alınmışdır) alınan hədiyyələr GGİ HİK sədri, institutun “Beynəlxalq əlaqələr” şöbəsinin rəhbəri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Kamran Əliqulu oğlu Əliyev tərəfindən kollektiv əməkdaşlarına təqdim olunmuşdur.