
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
01 Nov 2017
Diqər xəbərlər
Tektonofizika və geomexanika şöbəsi
- litosferin təkamülünün qeyri-klassik modeli;
- geodinamikanın deformasiya prosesləri;
- zəlzələlərin geodinamikası;
- seysmikanın qeyri-klassik xəttiləşdirilmiş nəzəri baza modeli;
- seysmik informasiyanın emalı və interpretasiyasının müasir kompüter proqram paketləri;
- dağ-mədən mexanikasının problemləri.
Şöbədə:
- Tarazlıqlı vəziyyətlərin dayanıqlığının müxtəlif formalar üzrə itirilməsi yolu ilə qarışıqların yaranması və inkişafının riyazi modeli işlənilmişdir.
- Yerin və onun struktur elementlərinin geodinamiki inkişafının ümumi fiziki prinsipləri təklif edilmişdir.
- Yer təkinin müxtəlif dərinliklərində şaquli (meridional və ekvatorial müstəvilərdə radial yerləşmə) və lateral (üfüqi) yarılmaların nəzəri cəhətdən yaranma mütləqliyi əsaslandırılmışdır.
- İzotrop və anizotrop mühitlərin üçölçülü dayanıqlıq nəzəriyyəsi əsasında elastik, elastik-plastik kiçik və böyük deformasiyalar nəzərə alınmaqla quyu və yeraltı qaz anbarlarının ətrafında tarazlıq vəziyyətinin dayanıqlığının itirilməsinə müvafiq gələn böhran parametrlərin müəyyən edilmə üsulları işlənilmişdir.
- Yer təkində müəyyən şəraitlərdə struktur, səthi və “daxili” dağılma tipli proseslərin ardıcıllı-ğının baş verməsi müəyyən edilmişdir.
- Şaquli hərəkətlərin və dağəmələgəlmənin orijinal mexanizmi təklif edilmişdir.
- Mühitlərin qeyri-xətti deformasiyaya uğramasını, gərginlikli olmasını və həndəsi strukturunu nəzərə almaqla Yerin daxili struktur parametrlərinin müəyyən edilməsi metodu işlənilmişdir.
- Geoloji mühit sıxlığının deformasiyadan asılılığı qeyri-xətti qoyuluşda həll edilmiş, bu asılılığın dayanıqsızlığı müəyyənləşdirilmiş, sıxlığın Yer təkinin bütün dərinliyi üzrə paylanmasının yeni sxemi verilmişdir.
- Seysmikanın qeyri-xətti xəttiləşdirilmiş nəzəri baza modelinin nəzəri əsasları işlənilmişdir.
- Geoloji mühitin, müasir geodinamiki proseslərin təsiri nəzərə alınmaqla, petrofiziki və elastiki parametrlərinin təyininin metodu təklif olunmuşdur.
Aşağıdakı kompüter proqramları yaradılmışdır:
- əks olunmuş dalğaların qodoqrafının qeyri-hiperbolikliyinin nəzərə alınması ilə seysmik informasiyanın sürət təhlili;
- seysmik anizotropiya;
- seysmik anizotropiyanın və əksolunma əmsalının üçhədli aproksimasiyasının nəzərə alınması ilə AVO təhlili;
- AVO təhlilinin nəticələrinin krossplottinqi;
- müasir geodinamik proseslərin təsirini nəzərə almaqla kompleks geofiziki məlumatların işlənilməsi və geoloji şərhi.